Rubrika| Maarifləndirmə| “Özünü məhv edən” çox məxfi smartfon uğurlu seçimdir

2023/08/1692791947.jpg
Oxunub: 5564     17:03     23 Avqust 2023    
“Boeing” şirkəti tərəfindən çox məxfi kommunikasiyaların idarə edilməsi üçün nəzərdə tutulmuş smartfon hazırlanıb. Telefona müdaxilə edilərsə, o, avtomatik olaraq istənilən məlumatı silir və özünü məhv edir.

Təyyarələri ilə daha çox tanınan şirkət təşkilatlara missiyalarını yerinə yetirmək üçün məlumatlara etibarlı giriş əldə etməyə kömək etmək niyyətində olduğunu bildirib.

“Black” adlı cihaz bazara daxil olan yüksək təhlükəsizlikli smartfonlardan biridir.

Vaxtilə Barselonada keçirilən Mobil Dünya Konqresində daha çox şəxsi məlumatlardan narahat olan müəssisələr və istehlakçılar üşün “Blackphone” adlı cihaz təqdim edilib.


“Boeing” artıq “ABŞ” hökumət rəsmiləri, o cümlədən prezident üçün təhlükəsiz rabitə təmin edir. “Black” ümumi istifadə üçün nəzərdə tutulmayıb.

Şirkət bildirib ki, cihazın istehsalı 36 ay çəkib və mobil texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərin son satınalmalarından istifadə edib.

“Boeing”in saytında yerləşdirilən məhsulun spesifikasiyalarında deyilir ki, cihaz hökumət və kommersiya şəbəkələri arasında keçid imkanı verən iki SİM kartdan ibarətdir.

Smartfon “Google”un “Android” əməliyyat sisteminin ciddi şəkildə fərdiləşdirilmiş versiyasından istifadə edir.

Şirkət Federal Rabitə Komissiyasına göndərilən sənədlərdə izah edib ki, “Black” telefonunda heç bir işlək hissə yoxdur və hər hansı texniki xidmət və ya hissələrin dəyişdirilməsi cəhdi məhsulu məhv edəcək.

Cihazın korpusunu sındırmaq cəhdi cihazın daxilində olan məlumatları və proqram təminatını siləcək və cihazı məhv edəcək funksiyaları işə salacaq.

Bundan əlavə, telefonun avadanlıqları biometrik sensorlar, peyk qəbulediciləri və ya günəş panellərini əhatə edəcək şəkildə genişləndirilə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   Smartfon  


Bizi "telegram"da izləyin